۲ خرداد ۱۳۹۰ده گؤنده ریلیب
بؤلوم |        یازار :  چگيني

Dilbəra, mən səndən ayrı təndə canı neylərəm?

Mülkü malı, təxti tacı, xanımanı neylərəm?

İstərəm vəsli cəmalın ta qılam dərdə dəva

Mən sənin bimarınam, özgə dəvanı neylərəm?

Ey müsəlmanlar, bilin ki yar ilə xoşdur cəhan

Çünkü yardan ayrı düşdüm, bu cəhanı neylərəm?

Çox dualar qılmışam mən xaliqin dərgahına

Çün muradım hasil olmaz, mən duanı neylərəm?

Dilbər aydır, ey Nəsimi, sabir ol, qılma fəğan

Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm?